"Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm.
"İnformator.az" xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok X hesabında yazıb:
“Biz Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişini, həmçinin Baş Assambleyanın 80-ci sessiyasının prioritetlərini müzakirə etdik".
