Misir-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Misir Ərəb respublikasında səfərdə olub.Səfər zamanı Yalçın Rəfiyev ilk olaraq Hökumətlərarası Birgə Komissiyanın Misir tərəfindən həmsədri xanım Rania Al-Mashat ilə görüşüb.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Misir arasında diplomatik münasibətlərin əsasi Azərbaycanın müstəqilliyi əldə etdiyi ilk illərdə qoyulub.Misir Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk ölkələrdən biridir:
"Misir Ərəb dünyasının ən önəmli ölkələrindən hesab olunur.Bu baxımdan,Bakı-Qahirə münasibətləri Azərbaycanın həm Yaxın Şərqdə, həmdə Şimali Afrikada mövqelərini möhkəmləndirmək üçün əhəmiyyətli sayılır.Son illərdə hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.Görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi razılaşmalar əldə olunub".
Oqtay Qasımov həmçinin bildirib ki,Misirlə xüsusilə enerji, turizm, iqtisadiyyat,elmi və mədəni-humanitar sahələrdə tərəflər arasında əməkdaşlıq imkanları mövcuddur:
"Azərbaycan Yaxın Şərq və Ərəb dünyası ilə münasibətlərinin genişləndirilməsi fonunda Misir mühüm strateji tərəfdar kimi çıxış edir.Qahirə,məhz Azərbaycan vasitəsilə Cənubi Qafqaz və Orta Asiyaya çıxış əldə edir, əlaqələrin daha da möhkəmləndirir.Hər iki tərəf üçün münasibətlərin inkişafı strateji əhəmiyyət kəsb edir.Azərbaycan-Misir arasında əməkdaşlığın güclənməsi regionda sabitlik, iqtisadi tərəfdaşlıq və yeni imkanlar deməkdir".
Nərmin Nəcəfova