Misir Prezidenti Yaxın Şərq üçün dönüş nöqtəsi elan edib
Yaxın Şərq Fars körfəzindəki münaqişə fonunda tarixi dönüş nöqtəsi yaşayır.
"İnformator.az" xəbər verir ki, bu açıqlamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi verib.
O, regionun yol ayrıcında olduğunu və müharibənin nəticələrinin bütün Yaxın Şərq ölkələrinə, xüsusən iqtisadi və sosial sahələrə təsir göstərə biləcəyini bildirib.
Əs-Sisi qeyd edib ki, Misir sonrakı eskalasiyanın qarşısını almaq üçün səylər göstərir və böhranın diplomatik yolla həllinin tərəfdarıdır.
Misir lideri həmçinin bildirib ki, Qahirə ərəb ölkələrinə qarşı təcavüzü qətiyyətlə pisləyir və münaqişə tərəflərini mübahisələri dialoq yolu ilə həll etməyə çağırır.
Bundan əlavə, Misir Prezidenti vətəndaşları ölkənin ciddi itkilərə məruz qaldığı 2010-2011-ci illərdəki hadisələrin təkrarlanmasının qarşısını almağa çağırıb.