00:00:00
Yazar
Səadət Əlizadə
20.10.2026 21:03 32 2 dəq oxuma
Siyasət

Uitkoff və Kuşner Ukrayna danışıqları üçün Norveçə gedəcəklər

Uitkoff və Kuşner Ukrayna danışıqları üçün Norveçə gedəcəklər

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu həftə Norveçə səfər edəcəklər. Məqsəd Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar aparmaqdır. Görüşdə Zelenskinin də iştirakı gözlənilir.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Elşad Mirbəşir bildirib ki, Norveçdə keçirilən görüşlə bağlı qərar verilib:

 


“Bu görüşün mümkün nəticələri haqqında mülahizələr irəli sürmək üçün hər şeydən öncə hazırki  münasibətlər sisteminə diqqət yetirmək lazımdır.  
ABŞ-Ukrayna və ABŞ-Rusiya münasibətləri sistemində çox ciddi dönüşlər baş verməkdədir. Bilirik ki, ABŞ prezidenti Donald Tramp öz mövqeyində bəzi sərt dönüşlər etməkdədir. Əslində qalsa, Donald Tramp hakimiyyətinin lap başlanğıcından Ukraynanı dəstəkləyəcək mövqe nümayiş etdirmirdi.  
Bir neçə gün öncə ABŞ prezidenti Rusiyadan dizel yanacağının ABŞ-ə  və digər dünya ölkələrinə ixracına icazə verib. Bu, Zelenskini və Avropa liderlərini çox ciddi şəkildə narahat edib. Donald Tramp Ukraynaya yeni prezident lazım olduğunu vurğulayıb”. 


Müsahib qeyd edib ki, ABŞ-nin hazırki mövqeyi fonunda bu görüşün nəyə hesablandığı haqqında təsəvvürlər formalaşdırılır:

 

“Donald Trampla yanaşı, vitse-prezident J.D. Vance də Zelenski haqqında sərt mövqe sərgiləməkdədir.J.D. Vens həmçinin Rusiyanın neft-yanacaq istehsalı infrastrukturuna Ukrayna tərəfindən zərbələr endirilməsini pisləyən bəyanatlar verdi. Eyni şəkildə Donald Tramp da ondan öncə oxşar mövqedən çıxış edib. Bütün bunlar onu göstərir ki, ABŞ bu münaqişə vəziyyətində daha çox Ukraynanın güzəştə getməli olduğu qənaətindədir. Zelenski özü də həyəcan təbili çalır və açıq deyir ki, ABŞ artıq Rusiyanı dəstəkləyir. Hətta Zelenski bəyan edir ki, əgər ABŞ Ukraynanı dəstəkləməsə, Ukrayna tab gətirə bilməyəcək. Hələ 2024-cü ildə Donald Tramp yeni hakimiyyətə gələn zaman ABŞ olmadan Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinin qeyri-mümkünlüyündən çox intensiv danışılırdı”.



Politoloqun sözlərinə görə, Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin bu və ya digər formada yekunlaşmasında artıq maraqlıdır:

 

“Hansı şərtlər çərçivəsində münaqişənin yekunlaşması məncə artıq ABŞ üçün prinsipal əhəmiyyət kəsb etmir. İndiki şəraitdə ən çox itkiyə məruz qalan tərəf Ukraynadır. ABŞ da çox yaxşı bilir ki, Rusiya öz mövqelərindən geri çəkilməyəcək. Belə bir yanaşma fonunda hesab edirəm ki, ABŞ bu müharibənin bitməsi üçün təsirlərini artıracaqdır”.

 


Nəticə olaraq o qeyd edib ki, əgər indiki havada tərəflər arasında danışıqlar gedirsə və Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi ciddi şəkildə qoyulursa, müharibənin dayandırılacağı vaxt çox da uzaqda deyil:


“Çünki seçkilərin keçirilməsi üçün mütləq müharibənin dayandırılması vacib olacaqdır. Seçkilərdən sonra hansı siyasi reallıqlar meydana gələcək, bunun özü də təsirli bir amil rolunda çıxış edəcəkdir”.

 


Aysu Abbasova

#danışıqları #norveçə #uitkoff #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər