00:00:00
Yazar
Admin User
20.07.2025 18:40 89 1 dəq oxuma
Dünya

MİT rəhbəri siyasi partiyaların nümayəndələri ilə görüşəcək

MİT rəhbəri siyasi partiyaların nümayəndələri ilə görüşəcək

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın "Terrorçusuz Türkiyə" proqramı çərçivəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan siyasi partiyaların qərargahlarında görüşlər keçiriləcək.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Kalının görüşləri parlamentdə yaradılması planlaşdırılan komissiya öncəsi partiya rəhbərlərinə məlumat vermək məqsədi daşıyır. O, AKP, CHP, DEM Partiyası, MHP, İYİ və Yeni Yol Partiyasının qrup rəhbərləri və qrup sədr müavinləri ilə bir araya gələcək.

 

Sabahdan etibarən başlayacaq görüşlərdə terrorla mübarizədə əldə olunan nəticələr və atılacaq yeni addımlar müzakirə ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər