00:00:00
Yazar
Admin User
28.09.2025 18:27 75 1 dəq oxuma
Dünya

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın İdlib vilayətinin Atme şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

 

"İnformator.az" Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD üzvü olan 14 nəfərlik qrup Türkiyə vətəndaşı Binəli Aslanı öldürüb, ona məxsus avtomobili ələ keçirib və Suriyaya qaçıblar.

 

Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qrupun Suriyada yaşadıqları ünvan müəyyən edilib.

 

Suriya Daxili Təhlükəsizlik Xidməti ilə birgə baş tutan əməliyyat zamanı silahlı müqavimət göstərən qruplaşma üzvlərindən 8-i zərərsizləşdirib, 6-ı sağ ələ keçirilib.

 

Sağ qalan şəxslər Türkiyəyə təhvil verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər