“Məmnun olmasam, nəticəsini görəcəksiniz”
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə bağlı sərt açıqlama verib. O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Putinə deyəcək sözüm yoxdur. O, mənim nə düşündüyümü bilir. Qərar verəcək. Əgər bu qərardan məmnun olmasam, nə olacağını görəcəksiniz”.
Tramp həmçinin Putinlə danışdığını təsdiqləyib: “Putinlə danışdım. Çox maraqlı şeylər öyrəndim”.
Rusiya-Ukrayna münaqişəsinə də toxunan ABŞ Prezidenti yaxın günlərdə Putin və Ukrayna lideri Vladimir Zelenski arasında görüş elan olunmazsa, vəziyyətin fərqli istiqamət alacağını qeyd edib: “Onların nə edəcəyini və nələrin olacağını görəcəyik. Mən bunu çox yaxından izləyirəm. Bir neçə həftə əvvəl prezident Putinlə çox yaxşı görüşüm oldu. Görək bundan nəticə çıxacaqmı, yoxsa fərqli mövqe sərgiləyəcəyik”.
CNN Türk
Türkan Kərimli