00:00:00
Yazar
Admin User
29.08.2025 10:47 90 1 dəq oxuma
Dünya

Moldova Prezidenti: 28 sentyabr parlament seçkiləri ölkənin gələcəyini müəyyən edəcək

Moldova Prezidenti: 28 sentyabr parlament seçkiləri ölkənin gələcəyini müəyyən edəcək

Bu gün, avqustun 29-da Moldovada 28 sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı rəsmi seçki kampaniyasına start verilib.


Bu münasibətlə ölkə prezidenti Maya Sandu seçkilərin iştirakçılarına və bütün Moldova vətəndaşlarına müraciət edib:


“28 sentyabrda Moldova qarşıdakı dörd il üçün parlamenti seçəcək – bu qurum ölkəmizin gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək. Söhbət elə Moldovanın gələcəyindən gedir və biz birlikdə sülhümüzü, daha yaxşı sabaha olan şansımızı qorumağa borcluyuq. Mən Moldova xalqının müdrikliyinə və azadlığımızı, gələcəyimizi müdafiə etmək gücümüzə inanıram”, – deyə dövlət başçısının sözlərini onun mətbuat xidməti yayıb.


Prezident bütün seçki kampaniyası iştirakçılarını vətəndaşlar qarşısında məsuliyyətlərini dərk etməyə, yalnız milli maraqlara xidmət etməyə, qanuna ciddi şəkildə əməl etməyə və Moldovanın xalqına sadiq qalmağa çağırıb.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər