00:00:00
Yazar
Admin User
01.10.2025 17:42 106 1 dəq oxuma
Siyasət

Moldova seçkilərdə taleyini müəyyən edir

Moldova seçkilərdə taleyini müəyyən edir

28 sentyabr 2025-ci il parlament seçkilərində Moldova xalqı ölkənin gələcək siyasi kursunu müəyyən edib.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a bildirib ki, Moldova cəmiyyətində hələ də sosializm ideologiyasının izləri mövcuddur və bu, ölkənin siyasi gedişatına təsir göstərir:

 

“Moldovada həm Avropa tərəfdarı baxış, həm də Rusiya ilə yaxınlaşmanı dəstəkləyən sosialist baxış mövcuddur. Avropa tərəfdarları ölkənin Avropa İttifaqına inteqrasiyasını, demokratik islahatların və iqtisadi inkişafın davam etdirilməsini istəyir. Sosialist və Şərq tərəfdarları isə Rusiya ilə tarixi, mədəni və iqtisadi əlaqələrin qorunmasını vacib hesab edir. Moldovada hələ də konkret siyasi ideya və tam konsensus mövcud deyil. Xalqın və hakimiyyətin düşüncəsi hələ ikili istiqamətdə formalaşır. Bu vəziyyət Rusiya ilə qarşılıqlı problemlərin yaranma ehtimalını artırır, çünki ölkənin qərarlarını həm daxili siyasi balans, həm də xarici təzyiqlər formalaşdırır. Moldovada ən doğru strategiya “ikili balans siyasəti” yürütməkdir. Avropa ilə inteqrasiya yolunu davam etdirmək və demokratik islahatları irəlilətməklə yanaşı, Rusiya ilə tarixi və iqtisadi əlaqələri pozmadan, qarşılıqlı maraqları qorumaq vacibdir. Bu balans siyasəti ölkədə həm daxili sabitliyi təmin etməyə, həm də regionda strateji müstəqilliyi qorumağa imkan verir. Moldova üçün Avropa yolu açıqdır, lakin Rusiya ilə əlaqələrin düzgün tənzimlənməsi ölkənin gələcək siyasi və iqtisadi təhlükəsizliyi üçün həlledicidir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər