00:00:00
Yazar
Admin User
29.09.2025 06:03 88 1 dəq oxuma
Dünya

Moldovanın Brüsseldəki səfieliyi boşaldılıb

Moldovanın Brüsseldəki səfieliyi boşaldılıb

Brüsseldə parlament seçkilərində səsvermə keçirilən Moldova səfirliyinin binası bomba xəbərdarlığından sonra bina boşaldılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Politico" qəzeti iki rəsmiyə istinadən məlumat yayıb.

 

"Bazar günü seçicilər və rəsmilər Brüsselin mərkəzində yerləşən Moldova səfirliyindən binaya bomba qoyulması barədə alınan və sonradan əsassız olduğu üzə çıxan xəbərdarlıqdan sonra tez bir zamanda təxliyə edilib", - qəzet yazıb.

 

Qəzetin mənbələrinə görə, polis bombanın qoyulduğuna dair heç bir əlamət aşkar etməyib. Qeyd olunub ki, hakimiyyət orqanlarının icazəsindən sonra səsvermə bərpa olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər