Moskva Ukraynanın kütləvi PUA hücumuna məruz qalıb
Ötən gecə Moskva və Moskva vilayəti Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat yayıb.
PUA hücumu səbəbindən Moskva şəhərinin hava məkanı tamamilə bağlanıb və bütün hava limanlarında uçuş və enişlərə məhdudiyyət qoyulub. Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında ümumilikdə 133 reys ləğv edilib, gecikdirilib və ya başqa şəhərlərə yönləndirilib. Uçuşların böyük hissəsi Sankt-Peterburqun Pulkovo hava limanına keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Ukrayna ordusu daha çox dronlarla Rusiyanın strateji obyektlərini hər dəfə alıb:
"Bu istiqamətdə Rusiyanın neft deməli zavodları, hərbi obyektləri, hansısa istehsal müəssisələri hədəfə alınıb. Rusiya isə Ukraynada enerji infrastrukturunu dağıtmaq, strateji obyektləri vurmaqla yanaşı iri şəhərləri də hədəfə alırdı. Bu iki ölkənin dron hücumlarında əsas fərq idi. Bu dəfə Ukrayna Rusiya paytaxtına kütləvi duran hücumu təşkil edib. Düzdü, bunda öncə də bu istiqamətdə hücumlar olub, amma indiki mərhələdə Kiyevin Moskvaya hücum əmri verməsi müəyyən mesaj xarakteri daşıyır.
Ukraynanın hücumu nəticəsində onlarla təyyarə reysi təxirə salınıb və bu təbii ki, Rusiya vətəndaşları arasında müəyyən bir təşvişə səbəb olub. Bu isə onsuz da müharibədən təngə gələn Rusiya vətəndaşlarının narazılıqlarını daha da artırır. Təbii ki, hər kəs təhlükəsiz yaşamaq, səyahət etmək istəyir, amma Ukrayna bu gün Rusiya vətəndaşlarına göstərir ki, siz heç də təhlükəsizlikdə deyilsiz. Rusiya sizi qoruya bilmir və bütün bunlar Ukraynaya qarşı işğalçı müharibənin nəticəsidir. Təbii ki indi Ukraynanın mesajı Kremlə çatıb. İndi əsas məsələ Rusiyanın bu hücuma necə qarşılıq verəcəyi ilə bağlıdır".
Aişə Mustafayeva