00:00:00
Yazar
Admin User
24.09.2025 17:51 75 1 dəq oxuma
Dünya

Moskva və Ankara 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı imzalayıb

Moskva və Ankara 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı imzalayıb

Rusiya və Türkiyənin paytaxtları iqtisadi, mədəni əməkdaşlığı gücləndirmək niyyətindədirlər: tərəflər 2026-2029-cu illər üçün yeni əməkdaşlıq proqramı imzalayıblar.


"İnformator.az”ın xəbərinə görə, bu barədə Rusiya KİV-i ölkənin Türkiyədəki səfirliyinə istinadən məlumat yayıb.


"Çərşənbə axşamı Sergey Çeremin (Moskva hökumətinin naziri, şəhərin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri - red.) Türkiyə paytaxtının (Ankara - red.) meri Mansur Yavaşla görüşüb. Moskva hökuməti ilə Ankara Bələdiyyəsi arasında 2026-2029-cu illər üçün əməkdaşlıq Proqramı imzalanıb. Moskva və Ankara 1992-ci ildən qardaşlaşmış şəhərlər statusunu qoruyurlar", - səfirlikdən bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər