Moskvada bomba təhlükəsi səbəbindən ticarət mərkəzindən 400 nəfər təxliyə olunub
Moskvaya yaxın ərazidə yerləşən "Meqa Ximki" ticarət-əyləncə mərkəzindən 400-dən çox insan bomba təhlükəsi səbəbilə təxliyə edilib.
"İnformator.az" bu barədə Rusiya KİV-lərinə istinadən məlumata verir.
Hazırda Ticarət Mərkəzinin bütün sahələrində yoxlamalar aparılır.