Moskvada yaşayış binasında güclü partlayış
Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.
“İnformator.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.
Məlumata görə, hadisə zamanı azı 2 nəfər ölüb, 20-yə yaxın yaralı var.