Moskvanın çağırışına Yermakdan sərt cavab
Rusiya prezidenti Vladimir Putin administrasiyası rəhbərinin müavini Dmitri Kozak müharibənin ilk saatlarında Kiyevə zəng edərək Ukrayna rəhbərliyinə təslim olmağı təklif edib. Telefonu Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak cavablandırıb və bu təklifə sərt şəkildə rədd cavabı verib.
Bu barədə Financial Times məlumat yayıb. Nəşrin yazdığına görə, Kreml genişmiqyaslı işğalın ilk dəqiqələrində Kiyevi təslim olmağa razı salmağa çalışıb. Zəng edən şəxs Putin administrasiyasında yüksək vəzifəli şəxs – Dmitri Kozak olub. O, Yermakdan Ukrayna prezidentini təslim olmağa razı salmasını istəyib və əks halda Rusiyanın tammiqyaslı hərbi gücü ilə qarşılaşacaqlarını bildirib.
FT-nin mənbəsinə əsasən, Yermak bu təklifə kəskin şəkildə etiraz edib və açıq şəkildə rədd cavabı verib.
Mənbə: Caliber
Aytən Ağazadə