Mourinyo "Fənərbağça"dan sərvətlə ayrılır
"Fənərbağça" bu gün Joze Mourinyo ilə yollarını ayırıb və portuqaliyalı baş məşqçiyə böyük məbləğdə təzminat ödəyəcək.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis İstanbul klubundan 9 milyon avro qarşılığında ayrılır. Bu xəbəri türkiyəli jurnalist Yağız Sabuncuoğlu açıqlayıb.
Bildirilir ki, bu məbləğə Mourinyonun məşqçi heyətinə ödəniləcək təzminat da daxil olacaq.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin iyulunda "Fənərbağça"ya baş məşqçi təyin olunmuşdu, lakin komanda onun rəhbərliyi altında heç bir titul qazana bilməyib.