00:00:00
Yazar
Admin User
14.11.2025 17:32 92 1 dəq oxuma
Dünya

Məqsədimiz Rusiyanı sülh danışıqları masasına qayıtmağa məcbur etməkdir

Məqsədimiz Rusiyanı sülh danışıqları masasına qayıtmağa məcbur etməkdir

Fransanın müdafiə naziri Ketrin Votren Rusiyanın-Ukrayna müharibəsi fonunda Moskvanı sülh danışıqları masasına qayıtmağa məcbur etməyi məqsəd qoyduqlarını bildirib.

 

İngiltərə, Almaniya, Fransa, İtaliya və Polşanın yaratdığı “E5” qrupunun ölkələrinin müdafiə nazirləri Almaniyanın paytaxtı Berlində bir araya gəlib.

 

Toplantıda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da iştirak edib.

 

Votren burada keçirilən birgə mətbuat konfransında çıxış edərək, “Ukraynaya dəstəyimiz lazım olduğu müddətdə davam edəcək”,- deyib.

 

Rusiyanın-Ukrayna müharibəsinin başlanğıcından bəri avropalıların Kiyev hökumətini dəstəklədiyini vurğulayan Votren, Fransanın prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Volodimir Zelenskiyni 17 noyabrda Parisdə qəbul edəcəyini bildirib.

 

Votren, “Məqsədimiz Rusiyanı sülh danışıqları masasına qayıtmağa məcbur etməkdir”,- deyərək, Aİ-nin ötən ay Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul etdiyini xatırladıb.

 

Bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların daha effektiv həyata keçirilməsi üçün Aİ ölkələri arasında əməkdaşlığın artırılmasına çağıran Votren yüzlərlə gəminin Aİ sanksiyalarını pozaraq Rusiya nefti daşıdığını və bu sanksiyaların aşılmasının qarşısını almaq istədiklərini qeyd edib.

 

Votren Könüllülər Koalisiyası formatı çərçivəsində atəşkəs əldə edildikdən sonra Ukrayna üçün tətbiq olunacaq təhlükəsizlik zəmanətləri üzərində də işlədiklərini bildirərək, “Bu zəmanətlərin əsasını Ukrayna Silahlı Qüvvələrinin özü təşkil edir. Rusiyanı genişmiqyaslı yeni hücumdan çəkindirmək üçün onların (Ukrayna Silahlı Qüvvələrinin) yenidən qurulması lazımdır”,- deyə danışıb.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər