00:00:00
Yazar
Admin User
03.09.2025 14:37 119 2 dəq oxuma
Siyasət

Əmrimlə bu gün zərbə endirilib, 11 nəfər məhv edilib

Əmrimlə bu gün zərbə endirilib, 11 nəfər məhv edilib

Bu gün səhər tezdən əmrimlə qüvvələrimiz ABŞ-nin Cənub Komandanlığının məsuliyyət zonasında müəyyən edilmiş “Tren de Aragua” narkotik terrorçularına zərbələr endirib. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.


“Tren de Araqua” Nikolas Maduronun nəzarəti altında fəaliyyət göstərən, ABŞ və Qərbdə kütləvi qətllər, narkotik ticarəti, zorakılıq və terror aktlarına cavabdeh olan xarici terror təşkilatıdır. Terrorçular ABŞ-yə qanunsuz narkotik vasitələri daşıyarkən beynəlxalq sularda vurulub. Zərbə nəticəsində 11 terrorçu məhv edilib. ABŞ hərbçilərindən heç biri zərər görməyib. Qoy bu, ABŞ-yə narkotik gətirməyi düşünən hər kəsə xəbərdarlıq olsun”, - o bildirib.


Mövzu ilə bağlı Ağ Partiya başqanının müavini, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu həm də Rusiyaya endirilmiş bir zərbə sayıla bilər:


“Bilirsiniz ki, Maduro Kremlin bilavasitə yaxından dəstəklədiyi bir ölkə rəhbəridir. Onu məhz illər öncə hakimiyyətdə Putin saxlayıb. Trampın də bu açıqlaması reallığa söykənir, həm də bir mesaj xarakterlidir. Ukrayna üzərindən alınan zərbələrə bir növ belə cavab verilməyin göstəricisidir”.


Cavanşir Abbaslı açıqlamasında qeyd edib ki, digər tərəfdən beynəlxalq hüquqda terrorizmə qarşı bütün ölkələrin mübarizə aparması tələb olunur:


“Xatırlayırsınızsa, vaxtı ilə Amerika Əfqanıstan və İraqa məhz terrorizm adı altında daxil olmuşdu, məqsədlər nə qədər fərqli olsa da. İndi də Maduro adı çəkilir və açığı bunu təsadüfi hesab etmirəm. Bəlkə də kim bilir, ABŞ-nin Əfqanıstan və İraqdan sonrakı hədəfi Venesueladır. Bu ölkənin sahib olduğu zəngin sərvətlər dünyaya məlumdur. Neftinə görə dünyada dördüncü sırada qərarlaşıb. Onun üçün də hesab edirəm ki, Maduro rejimi Səddam Hüseyni unutmamalıdır”.


Cavanşir Abbaslı son açıqlamasında “Tren de Aragua” təşkilatının regional və qlobal təhlükəsizlik üçün o qədər də təhlükəli olmadığı qənaətindədir:


“Hər halda Əl-Qaidə terror təşkilatı tipli yaxud İŞİD kimi deyil. Amma istənilən halda dünyada insanların təhlükəsiz yaşamaları üçün bütün terror yuvaları məhv edilməlidir. Dünya ölkələri bunun üçün daim birlikdə səfərbər olunmalıdır. Heç şübhəsiz ki, Birləşmiş Ştatların daim diqqəti Latın Amerikasındadır. Son dönəmlərdə Putin Rusiyasının bu regiona qarmaq atdığı görünməkdədir. Onun üçün də Amerika “buraların ağası mənəm” mesajını daim verir. Bu da onlardan biri sayıla bilər”. Maduro üzərindən bunun verilməsi də ən düzgün seçimlərdən biri sayılmalıdır”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər