00:00:00
Yazar
Admin User
01.09.2025 17:03 106 2 dəq oxuma
Siyasət

Mərkəzi Asiya ölkələri ilə sıx münasibətlər

Mərkəzi Asiya ölkələri ilə sıx münasibətlər

Azərbaycan və Türküstan arasında münasibətlərin inkişaf edən xətlə davam etməsi artıq hər iki bölgədə yeni bir güc faktorunun ortaya çıxması ilə nəticələnə biləcək bir prosesi başladıb deyə bilərik.


Mövzu ilə əlaqədar politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün üçün biz hələ ki, türk birliyinin həm regional, həm dünyəvi müstəvidə real güc mərkəzi kimi çıxış etməsindən danışa bilmərik və ya bunu müəyyən bir balansla danışarkən sərhədləməliyik:


“Əgər bu kimi addımlar qərarlı şəkildə davam etdirilərsə və ölkələr arasında yeni Türküstan türkləri ilə Azərbaycan və Türkiyə türkləri arasında münasibətlərin xətti dinamikası daha da artırılarsa o halda, bəli, Türk dövlətləri təşkilatı səviyyəsində və ya bu günlərdə artıq biz türk birliyinin və türk gücünün ortaq güc mərkəzinin formalaşdırılmasını görə bilərik ki, bu da  artıq həm Cənubi Qafqazda,  Anadolunun özündə, Yaxın Şərqdə də müəyyən mənada və Türküstanda Cənubi Qafqazda yeni bir güc mərkəzinin formalaşması ilə nəticələnəcək ki, biz artıq ümumilikdə Türk dövlətləri olaraq Çindən, Rusiyadan və Qərbdən asılı olduğumuz bir çox nöqtələrdə bağımsızlığımızı gücümüzü tam mənada toplaya bilərik və bu da əlavə müstəsna üstünlüklər vəd edir”.


Ekspertin sözlərinə görə, bu gün etibarı ilə Azərbaycan və Türküstan, yəni Mərkəzi Asiya, Türk dövlətləri arasındakı münasibətlərin inkişaf etdirib:


“Biz bunu Orta dəhliz, bir kəmər, bir yol layihəsi simasında tranzit ticari əlaqələrdə görürük. Təhlükəsizlik məsələlərində müəyyən mənada görürük. Məsələn, elə Qazaxıstanla Xəzərdəki əməkdaşlıqlar bunun hərbi müstəvidə təhlükəsizlik müstəvisində bir örnəyidir və Türkmənistan ilə də bu əlaqələrin gedərək inkişaf etməsi artıq həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın Cənubi Qafqazda, Türkmənistanın və digər Mərkəzi Asiya, türk dövlətlərinin isə Mərkəzi Asiyada daha güclü hərəkət etməsinə və alternativlərin verdiyi üstünlüklərlə daha rahat və müstəqil addımlar atmasına səbəb olur”.


Asiman Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər