00:00:00
Yazar
Admin User
28.08.2025 13:54 82 1 dəq oxuma
Dünya

Mərsində yanğın baş verib

Mərsində yanğın baş verib

Mərsinin Ərdəmli rayonunda plastik sandıq anbarında baş verən yanğın söndürülüb.

 

Koyuncu məhəlləsindəki plastik sandıq anbarında naməlum səbəbdən yanğın baş verib.

 

Əraziyə yanğınsöndürənlər göndərilib və yanğın söndürülüb.

 

Yanğın zamanı anbar və onun yanındakı ikimərtəbəli ev yanıb.

 

Yanğının söndürülməsi zamanı iki yanğınsöndürən tüstüdən zəhərlənib. Tüstüdən boğulanlara təcili tibbi yardım briqadası yardım göstərib.

 

Anbar sahibi Ahmet Özdinli və ailəsinin yanğın baş verən zaman oğullarının toyunda iştirak etdiyi məlum olunub. 

 

TRT XƏBƏR

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər