00:00:00
Yazar
Admin User
19.08.2025 06:40 108 1 dəq oxuma
Dünya

Məşhur rejissor ABŞ-də Zelenskinin yanında

Məşhur rejissor ABŞ-də Zelenskinin yanında

 

Ukraynalı rejissor, “Oskar” mükafatçısı Mstislav Çernov ABŞ-də görüşlər zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında yer alıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Unian” nəşri məlumat yayıb.

 

Məlumatda bildirilir ki, “Mariupolda 20 gün” filminin rejissoru Çernov hazırda müharibənin diplomatik yollarla bitirilməsi barədə yeni sənədli film çəkir. Ona Oval kabinetdə çəkiliş icazəsi də verilib.


“Buna görə də yaxın vaxtlarda Ukraynanın daha bir sənədli filmi beynəlxalq mükafatlara, o cümlədən “Oskar”a namizəd ola bilər. Filmdə baş verənlərin pərdəarxası detalları da sonradan ictimaiyyətə təqdim olunacaq”, - nəşr qeyd edib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər