00:00:00
Yazar
Səadət Əlizadə
15.06.2026 11:30 23 1 dəq oxuma
İqtisadiyyat

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib.

 

"İnformator.az" xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.

 

Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.

 

Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.

#yeni #əmtəə #gündəm #ötüb #qiyməti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər