00:00:00
Yazar
Admin User
31.08.2025 06:32 74 1 dəq oxuma
Dünya

MTŞ-nin rolu minimuma endirilib

MTŞ-nin rolu minimuma endirilib

ABŞ Prezidenti Donald Trampın dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) xarici siyasət qərarlarının qəbulunda rolu minimuma endirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Trampın rəhbərliyi altında MTŞ əməkdaşlarının sayı 400-dən 150-yə endirilib. ABŞ Prezidenti mayın 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu işdən çıxarıb və onun funksiyalarını Dövlət katibi Marko Rubioya təhvil verib. Qəzet qeyd edir ki, xarici siyasət prinsiplərinin işlənib hazırlanmasında və ABŞ Prezidentinin qərarlarının digər ölkələrin liderlərinin mövqeləri ilə əlaqələndirilməsində MTŞ-yə etibar edən əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp “kiçik bir müşavirlər qrupuna arxalanır”.

 

Bəzi rəsmilər hesab edirlər ki, bu yanaşma Tramp administrasiyasına zərər verir və uyğunsuzluğa gətirib çıxarır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər