00:00:00
Yazar
Ayan Sədi
22.02.2026 11:30 19 1 dəq oxuma
Mədəniyyət

Musiqili Teatrda “Arşın mal alan” nümayiş olunacaq

Musiqili Teatrda “Arşın mal alan” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu gün repertuarında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin məşhur operettası əsasında hazırlanan “Arşın mal alan” tamaşasını təqdim edəcək.

 

Səhnə əsəri rejissor Elvin Mirzəyevin quruluşunda hazırlanıb. Tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

 

Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, eləcə də aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa edirlər.

 

Quruluşun bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti isə Sevinc Məmmədovadır.

 

Teatrın repertuarında xüsusi yer tutan bu səhnə əsəri milli musiqili teatr ənənələrini yaşatmaqla yanaşı, klassik operetta irsinin müasir təqdimatını tamaşaçılara çatdırmağı hədəfləyir.

#xəbər #mal #teatrda #olunacaq #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər