"Ən çox nifrət edilən ölkə"
ADL-in hesabatına görə, Küveyt İsrailə qarşı ən mənfi münasibət göstərən ölkə olub. Bunun arxasında Küveytin Fələstin məsələsinə verdiyi güclü dəstək, İsraili tanımaması, Qəzza və Qüds mövzusundakı həssaslığı, eləcə də ictimaiyyətdəki güclü etiraz dayanıb.Körfəz bölgəsində BƏƏ və Bəhreyn İsraillə münasibətləri normallaşdırarkən, Küveyt “Fələstin məsələsi həll olunmadan diplomatiya olmaz” deyərək sərt mövqeyini davam etdirib.
3,6 milyon əhalisi olan Küveyt 97 xal toplayaraq İsrailə ən çox nifrət edən ölkə olub. 188 milyon əhalisi ilə İndoneziya 96 xalla ikinci yeri tutub. Bəhreyn isə 95 xalla üçüncü olub.
Misir 84, Tunis 83, Liviya 82 və Əlcəzair 81 xalla ilk 15 ölkə arasında yer alıb. Xüsusilə Şimali Afrika ölkələrində İsrailə qarşı çıxışların yüksək olması diqqət çəkib. Türkiyə isə 6-cı yerdə qərarlaşıb. Kişilərdə göstəricilər qadınlara nisbətən daha yüksək olub, 50 yaşdan yuxarı qruplarda isə İsrailə qarşı mövqenin gücləndiyi müşahidə olunub.
ADL hesabatında Qəzzaya edilən hücumların İsrailə qarşı nifrətdə həlledici rol oynadığı vurğulanıb. Mütəxəssislərə görə, xüsusilə 7 oktyabrdan sonrakı dövrdə İsrailə etiraz bütün dünyada sürətlə artıb.
Haberler.com
Aygün Babayeva