Nömrəsiz motosiklet sürücüsünün təhlükəli səfəri
Tokatda nömrəsiz və dəbilqəsiz motosiklet sürücüsü, yolda etdiyi təhlükəli hərəkətlə həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atıb. O anlar vətəndaşlar tərəfindən mobil telefonla çəkilib.
Tokatın Erbaa rayonunda D-100 avtomobil yolunda hərəkət edən nömrəsiz və dəbilqəsiz motosiklet sürücüsü, etdiyi təhlükəli nümayişlə ürəkləri ağıza gətirib. Əllərini sükan üzərindən tamamilə çəkib, motosikletin üzərinə uzanaraq hərəkət edən sürücü həm öz həyatını, həm də yoldakı digər sürücülərin təhlükəsizliyini hiçe sayıb. O anlar D-100 avtomobil yolunda hərəkətdə olan vətəndaşlar tərəfindən mobil telefonla qeydə alınıb.
Görüntülərdə sürücünün heç bir qoruyucu avadanlıqdan istifadə etmədiyi, motosikletin nömrəsiz olduğu və motosikletin üzərinə uzanaraq nəzarətsiz şəkildə yol aldığı açıq-aydın görünür.
Haber Global
Nigar Xəlilli