ƏN TƏHLÜKƏLİ ŞƏHƏRLƏR MƏLUM OLDU
Hazırda ən təhlükəli şəhərlər arasında Marseli Böyük Britaniyanın iki inzibati ərazisi - Birminqem və Koventri izləyir. Numbeo Tədqiqat İnstitutunun bu yöndə hazırladığı Top 10-da Belçika və İtaliyanın da şəhərləri yer alır. İnstitutun belə bir rəy hazırlamasında şəhərlərdəki cinayətkarlıq faktları əsas rollardan birini oynayıb. Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, ölkələrin təhlükəsiz olması üçün ilk növbədə sabitlik olmalıdır, dayanıqlı inkişaf olmalıdır, sosial ədalət prinsipi olmalıdır, ayrıseçkiliyin bütün formaları olmamalıdır, həmin ölkə və şəhərlərdə. “İnsanlar da heç bir şəkildə dini, irqi, milli və siyasi seqreqasiyaya məruz qalmamalıdır. Ayrı seçkiliyə məruz qalmamalıdır. İnsanlar özlərini öz evlərində hiss etməlidirlər. Və əmin olmalıdırlar ki, onların təhlükəsizliyinə qaranti var. Olduqları şəhərdə təhlükəsizlik diqqət önündədir və hansısa bir basqıya məruz qalmayacaqlar. Hansısa onların malına, mülkünə, özlərinə, salamatlığına zərər dəyməyəcək, onların təhlükəsizliyi təminat altındadır”.
Araşdırmacılar təhlükəli bölgələrdən əlavə təhlükəsiz şəhərlərin də siyahısını qeyd ediblər. Əbu-Dabi və Əcman şəhərləri dünyadakı ən təhlükəsiz yer hesab olunur. Bunun əsas səbəbi cinayət faktlarının aşağı olmasıdır. Şəhərdə cinayətkarlıq indeksi 11,2 faiz təşkil edir.
Dünyada ən kriminal şəhər isə Venesuelanın paytaxtı Karakaz hesab edilir. Qiymətləndirmələrə əsasən meqapolisdə cinayətkarlıq indeksi 83,6%-dir.
