00:00:00
Yazar
Admin User
08.08.2023 13:20 370 3 dəq oxuma
Dünya

Nüvə silahının yaradılması üçün nələr lazımdır?

Nüvə silahının yaradılması üçün nələr lazımdır?

Məşhur rejissor Kristofor Nolanın ərsəyə gətirdiyi "Oppenheimer" filmi cəmiyyətdə böyük səs-küyə səbəb olub. Filmdə ilk nüvə silahını yaradan Robert Oppenheimerın həyatı və atom bombasının hazırlanması prosesi əksini tapır. İnsanların əksəriyyəti hər zaman eşitdikləri nüvə silahı barədə məhz film sayəsində ətraflı məlumat alır. Bəs filmdən çıxıb reallığa gəldikdə bu silah necə yaradılıb? Nüvə silahının yaradılması üçün nələr lazımdır? Nüvə texnologiyasının araşdırılımasının əhəmiyyəti nələrdir?


İnsanlar, kainat, dünyada canlı, cansız hər şeyi hərəkətə keçirə bilən yeganə güc elektrik enerjisindədir. Məhz bu nəzəriyyə elmin və texnikanın yüksəlişə keçdiyi 19 və 20-ci əsrlərdə məşhur alimlərin daha çox bu sahədə işləməsinə gətirib çıxarıb. Elektrik enerjisinin hər keçən gün populyarlaşdığı və istifadəsinin artdığı zamanda tədqiqatçıların, eləcə də dövlətlərin məqsədi az sərfiyyatla daha çox elektrik əldə etməkdir.


Dövlətlərin və insanların elektrik enerjisinə olan tələbatı ötən əsrin sonlarında alimləri nüvə enerjisini və atomları araşdırmağa sövq etdi. Belə ki, günümüzdə külək, yağış, günəş, neft və bir çox vasitə ilə elektrik enerjisi əldə olunur. O dördə bu kimi alternativlər gündəmdə deyildi. Bu da insanları nüvə enerjisi araşdırmağa sövq etdi. Bu enerjinin əldə olunması üçün isə maddələrin tərkibindəki atomların parçalanması prosesi vacib idi. Belə ki, bütün maddələrin tərkibində atom nüvəsi, nüvənin ətrafında isə çox sayda elektronlar var. Atom nüvəsinin içi isə proton və neytronlardan ibarətdir. B u hissəciklər bir-birlərinə çox güclü cazibə qüvvəsi ilə bağlıdırlar. Nüvədəki hissəciklərin arasındakı cazibə qüvvəsi çox yüksək olduğundan parçalandıqda ortaya çıxan enerjinin miqyası da böyük ölçüdə olur. Nüvənin tərkib hissəsini təşkil edən bütün maddə saf enerjiyə çevrilir. Bu parçalanma prosesi nəzarət altında həyata keçirildikdə isə əldə olunan enerji elektrik enerjisinə çevrilə bilir. Albert Enşteynin məşhur disturu e=mc kvadratı da, maddənin çevrildiyi enerji miqdarını hesablamaq üçün istifadə edilir. Məhz Enşteynin bu düsturu və atomların parçalana bilməsi həmin dövrdə alimləri bütün maddələri araşdırmağa məcbur etdi. Ən sonda isə uranyum maddəsinin tərkibindəki atom nüvəsindən yüksək miqdarda enerji əldə olundu. Bütün bu kəşf və ixtiralarla günümüzdə istifadə edilən atom elektrik stansiyaları yarandı.
Bütün bunlara baxmayaraq, ikinci dünya müharibəsinin başlaması dövlətləri yeni növ silahların yaradılması yönündə elmi araşdırmalara sövq etdi. Həmin vaxt isə gələcəkdə "Atomun atası" adlandırılan Robert Oppenheimer atom elektrik stansiyası yaradılmadan əvvəl atom bombasının yaradılması proyektinə nəzarəti öz üzərinə götürdü. Birləşmiş Ştatların Yeni Meksika ştatının boş ərazilərində Manhetten layihəsinə start verildi. Məqsəd atomların parçalanması prossesinin nəzarət altında olmadan həyata keçirilməsi idi. Yeni ixtira yüksək miqdarda istifadə oluncağı təqdirdə böyük ərazilərin məhvinə və radiyasiya məruz qalmasına səbəb olacaqdı. Maraqlıdır hələ layihə başa çatmamış, bu tədqiqatların başlamasına səbəb olan müharibənin gedişatı tamamilə dəyişərək Adolf Hitler öldürüldü. Yəni layihənin davam etdirilməsinə və tarixdə ən qorxunc silah olan atom bombasının yaradılmasına artıq ehtiyac yox idi. Lakin bütün bunlara baxmayaraq Robert Oppenheimer layihəni davam etdirdi.Dörd min elmi işçinin çalışdığı layihə İki milyard dollara başa gəldi.Sifarişçi - ABŞ höküməti bombanı SSR-yə güc nümayiş etdirmək məqsədilə test kimi Yapnoniyanın iki şəhərinə atıldı.


Göründüyü kimi, günümüzdə çox təhlükəli silah olan atom bombasının yaradılmasından əvvəl əsas məqsəd yüksək enerji əldə etmək, gələcəkdə daha rahat, müasir həyat qurmaq olub. Lakin müharibə və zamanın tələbləri qarşıya qoyulan məqsədin tamamilə fərqli şəkildə inkişafına gətirib çıxardı. ABŞ daxil olmaqla bir çox dövlətlər bu gün həmin layihənin özlərinə qarşı çevrilməsindən qorxurlar. Nüvə silahına təkcə yaradcısı ABŞ deyil, Pakistan, Böyük Britaniya, Rusiya, Fransa, Hindistan, Çin və Şimali Koreya kimi dövlətlər malikdir.

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər