Nüvə sualtı qayıqlarını sahəyə çıxarıb
ABŞ Prezidenti Donald Tramp, sabiq Rusiya Prezidenti Dmitri Medvedevin nüvə ilə bağlı açıqlamalarından sonra iki nüvə sualtı qayığının yerləşdirildiyini bəyan edib. Tramp, sualtı qayqların “olmalı olduqları yerdə” olduğunu bildirib və Medvedevin təhdidlərinə qarşı hazırlıqlı olmağa çağırıb.
Prezident Tramp jurnalistlərin sualına cavab olaraq, “Sualtı qayqlar bölgədədir, olmalı olduqları yerdədirlər",- deyə cavab verib.
Tramp, eyni zamanda Orta Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoffun yaxın günlərdə Rusiyaya səfər edəcəyini və Ukraynadakı müharibə səbəbilə Moskva rəhbərliyinə qarşı yeni sanksiyaların planlaşdırıldığını bildirib.
Sabiq Rusiya Prezidenti Dmitri Medvedev 28 iyulda verdiyi açıqlamada Trampa sərt reaksiya göstərərək, Vaşinqtonun siyasətlərinin "Rusiya ilə ABŞ arasında daha genişmiqyaslı bir toqquşmanı alovlandırma riski daşıdığını" qeyd edib. Medvedev "X" sosial şəbəkəsindəki paylaşımında yazıb: “50 gün ya da 10 gün... Tramp iki şeyi unutmamalıdır: 1. Rusiya nə İsrail, nə də İran deyil. 2. Hər yeni ultimatum bir təhdid və müharibəyə doğru atılmış bir addımdır. Bu, Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə Rusiya arasındadır".
ABŞ Prezidenti Tramp 31 iyulda verdiyi açıqlamada, Medvedevin fikirlərinə cavab olaraq “iki nüvə sualtı qayığının müvafiq bölgələrə yerləşdirilməsi” əmrini verdiyini bəyan edib. Tramp açıqlamasında belə deyib: “Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini olan sabiq Rusiya Prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli açıqlamaları səbəbilə iki nüvə sualtı qayığının müvafiq bölgələrə yerləşdirilməsini əmr etdim".
1 avqustda jurnalistlərə verdiyi açıqlamada isə Tramp bildirib: “O (Medvedev) nüvə silahlarından danışıb. Siz nüvə silahlarından danışırsınızsa, buna hazır olmalıyıq. Biz tam hazırlıqlıyıq".
Haberler.com
Aygün Babayeva