00:00:00
Yazar
Admin User
29.08.2025 15:11 80 1 dəq oxuma
Dünya

Narıncı köpək balığının sirri açılıb

Narıncı köpək balığının sirri açılıb

Ötən il Kosta Rika sahillərində bir narıncı köpək balığı müşahidə olunub; bəzi istifadəçilər bunu süni intellekt məhsulu görüntüyə bənzətsələr də, mütəxəssislər onun həqiqi olduğunu təsdiqləyiblər. Bəs köpək balığının rəngi niyə narıncı idi?


Alimlərin sözlərinə görə, bu qeyri-adi rəng nadir rast gəlinən albino-xantizm adlı genetik vəziyyətlə bağlıdır. Bu hal albinizm (piqmentsizləşmə) və xantizmin (həddindən artıq sarı-narıncı piqment yaranması) birləşməsinə işarə edir.


Qeydiyyata düşən ilk albino-xantist köpək balığı olsa da, oxşar hallar daha əvvəl bəzi dəniz canlılarında sənədləşdirilmişdi; lakin bu nümunə xüsusilə nadirdir.


Sosial şəbəkələrdə süni intellektlə yaradılmış kimi görünsə də, tədqiqatçılar bu təsirli mənzərənin həqiqi və nadir bir təbiət hadisəsi olduğunu vurğulayıblar.


Haber Global
Nigar Xəlilli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər