00:00:00
Yazar
Admin User
18.12.2025 19:19 141 1 dəq oxuma
Siyasət

NATO Baş katibinin müavini Ermənistan parlamentinin spikeri ilə sülh prosesini müzakirə edib

NATO Baş katibinin müavini Ermənistan parlamentinin spikeri ilə sülh prosesini müzakirə edib

NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Qərb Ermənistanın taleyindən narahatdır:

 

"İstər NATO, istər Avropa İttifaqı, istərsə də ABŞ gələn il Ermənistanda keçiriləcək seçkilər və referenduma görə İrəvan rəhbərliyi ilə təmasları sıxlaşdırıblar. Düşünürəm ki, əsas məsələ Rusiyanın dəstəklədiyi qüvvələrin fəallaşmasıdır. NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfərində Azərbaycanla sülh prosesini müzakirə etməsi əslində məsələnin görünən tərəfidir. Görünməyən və elan olunmayan məsələlər isə Ermənistan Baş naziri Nikol Paşinyana gələn il baş tutacaq seçkilərdə dəstəklə bağlıdır. Məsələ burasındadır ki, Ermənistan paytaxtına Paşinyana dəstək vermək üçün gedənlərlə yanaşı, təzyiq üçün yollananlar da var. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun qəfil İrəvanda görünməsi və bu səfərin açıqlanmayan gündəliyi əslində mənzərəni aydın şəkildə ortaya qoyur. Bu hələ başlanğıcdır. Çox güman 2026-cı ilin ilk aylarından Ermənistan uğrunda mübarizə açıq xarakter alacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər