“NATO daxilində olan ölkələrə hər hansı bir müharibəyə daxil olmasını qəbul etmir”
“ABŞ istəməsə də, müharibəyə hazırlaşır”,- deyə ABŞ müharibə naziri Pit Heqset bildirib.
Mövzu ilə bağlı AĞ partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın tarixinə baxdığımız zaman görərik ki, Amerika son dəfə hansı ölkə ilə savaşa girib və nə zaman girib:
“Məsələn İkinci Dünya Müharibəsi kimi müharibəyə Amerika son anda qoşulub. Bəlkə, elə indi də o məqsədlə Ukrayna ilə savaşda əldə edəcəyi qənimətlərə nail olmaq üçün savaşa qoşulmaq niyyətindədir. Amma indi ki vaxt hesab etmirəm ki, Amerika Rusiya ilə açıq savaşa girər. Buna heç NATO icazə verməz. NATO daxilində olan ölkələrə hər hansı bir müharibəyə daxil olmasını qəbul etmir, buna icazə vermir. Çünki NATO-nun nizamnaməsində hansısa dövlət müharibəyə girərsə, hansısa dövlətlərdən birinə hücum olarsa bu bütün NATO-ya qarşı hücum deməkdir və yaxud da hansısa bir ölkəsi savaşa girərsə, digər NATO ölkələridə iştirak etməlidir. Məsələn NATO-nun ikinci əsas ordusuna sahib ölkəsi Türkiyədir. Türkiyə, Amerika və Rusiya ilə savaşa girərsə hesab etmirəm ki, NATO Türkiyə, Amerika və ya Rusiyadan savaşa girsin. Ehtimal 0-a bərabərdir. Bütün bunları digər NATO ölkələrinin bəziləri haqqındada demək olar. Bütün bunları da Amerika hesablamamış deyil. Ona görə də düşünürəm ki, savaşa girməz. İndiki vaxtda heç görünmür. Sadəcə Amerikanın son olaraq özü ilə müqayisədə, yəni yalnız müxtəlif ad altında bəhanələrlə Əfqanıstan və İraqa hücum etdiyinin şahidi olduq. Ona görə Amerika qarşısında biraz güc hiss edən dövlət görən kimi, məsələn Rusiya ilə açıq savaşa girməkdən həm çəkinir, həm də böyük itkilərə səbəb olacağını çox yaxşı bilir. Bu səbəbdən dolayıda savaşa girmir”.
Aytac İbrahimova
