NATO Estoniyanın hava məkanını pozan Rusiya qırıcılarını ələ keçirib
Tallinndəki Estoniya Xarici İşlər Nazirliyi hadisəni “həyasızlıq” kimi qiymətləndirib. Qeyd olunub ki, Rusiyaya məxsus üç MiQ-31 qırıcısı cümə günü Finlandiya körfəzi üzərində NATO üzvü olan Estoniyanın hava məkanına icazəsiz daxil olub və ümumilikdə 12 dəqiqə orada qalıb.
NATO sözçüsü Allison Hart bildirib ki, alyans dərhal cavab verib və Rusiya təyyarələrini ələ keçirib. O, bunu “Rusiyanın ehtiyatsız davranışının və NATO-nun cavab vermək qabiliyyətinin daha bir nümunəsi” adlandırıb.
Rusiya tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.
BBC
Türkan Kərimli