00:00:00
Yazar
Admin User
03.04.2024 18:16 281 1 dəq oxuma
Dünya

NATO-nun baş katibi İsrailin humanitar karvana zərbə endirməsini pisləyib

NATO-nun baş katibi İsrailin humanitar karvana zərbə endirməsini pisləyib

Stoltenberq İsrailin World Central Kitchen yardım karvanı işçilərini vurmasını pisləyib.

 

TASS xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İsrail ordusunun World Central Kitchen (WCK) humanitar təşkilatının əməkdaşlarına hücumunu pisləyib. O, İsrailin Qəzza zolağında humanitar karvana hücumunun qəbuledilməz olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, anklavda humanitar fəlakət baş verir və Qəzzada dinc sakinlər əziyyət çəkir. "Biz humanitar işçilərə zərbə gördük, mən bu zərbəni pisləyirəm", - baş katib vurğulayıb.

 

Stoltenberq qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) bu hadisəni araşdırmaq niyyətini alqışlayır.

 

Bundan əvvəl İDF Qəzzada humanitar karvana olan hücumu səhv adlandırıb. İsrail hərbçiləri zərbənin yardım işçilərinə zərər vermək məqsədi ilə həyata keçirilmədiyini açıqlayıb.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər