00:00:00
Yazar
Admin User
04.04.2024 18:22 304 2 dəq oxuma
Dünya

NATO-nun Kiyevə yardımı

NATO-nun Kiyevə yardımı

NATO-nun Ukrayna üçün olan fondunun məbləğində alyansa üzv ölkələrin ikitərəfli ianələri nəzərə alına bilər. Bu barədə Bloomberg xəbər agentliyi Aİ-nin yüksək vəzifəli diplomatına istinadən yazıb.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, 100 milyard dollar məbləği o qədər böyükdür ki, Aİ-yə üzv ölkələrin Ukraynaya ayırdığı ikitərəfli ianələri nəzərə almaq lazım gələcək. Bu o deməkdir ki, Alyansın hər hansı əlavə yeni maliyyələşdirməsi çox güman ki, az olacaq.

 

Eyni zamanda, Bloomberg vəziyyətlə tanış olan anonim rəsmilərə istinadən qeyd edib ki, bir çox Qərb nazirləri NATO fondunun Aİ-nin ikitərəfli yardımı və dəstəyi ilə rəqabətə girməməli olduğunu vurğulayıblar. Onlar həmçinin xəbərdarlıq ediblər ki, alyans Ukraynaya yerinə yetirə bilməyəcəyi vədlər verməməlidir.

 

Daha əvvəl “Politico” qəzeti bəzi NATO ölkələrinin xarici işlər nazirlərinin NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna üçün 100 milyard dollarlıq fond yaratmaq ideyasına göz yumduğunu bildirib. Xüsusilə, bir sıra Qərbi Avropa ölkələri bunun Avropa İttifaqı (Aİ) çərçivəsində Kiyevə yardım səylərinə zərbə vuracağından ehtiyat edirlər.

 

Aprelin əvvəlində NATO-nun baş katibi beş il ərzində Ukrayna Silahlı Qüvvələrinə yardım üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edib. Stoltenberqin təklifi ilə bağlı səsvermənin iyulda NATO-nun Vaşinqtonda keçiriləcək sammiti zamanı keçirilməsi planlaşdırılıb. Təşəbbüsü həyata keçirmək üçün o, Şimali Atlantika Alyansının bütün 32 üzvü tərəfindən təsdiqlənməlidir.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər