00:00:00
Yazar
Admin User
15.09.2025 16:17 71 1 dəq oxuma
Dünya

NATO-nun "Şərq gözətçisi" əməliyyatı başlayıb

NATO-nun "Şərq gözətçisi" əməliyyatı başlayıb

NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan "Şərq gözətçisi" əməliyyatı başlayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə NATO-nun "X" sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.


"Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar", - paylaşımda deyilir.


Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi. Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib. Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər