NATO- nun yaşaya bilməsi üçün şərtlər
"NATO-nun sağ qalması ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən asılıdır və bu, alyans üçün “təcili suallar” yaradacaq". Bu şərtləri Kanadanın Munk Beynəlxalq Münasibətlər və Dövlət İdarəçiliyi Məktəbinin dosenti Timoti Sayl "Newsweek" jurnalına müsahibəsində qeyd edib.
“NATO bu qədər uzun müddət sağ qaldı, çünki bir-birinin ardınca ABŞ prezidentləri alyansın maraqlarını müdafiə etdi və prezident də NATO-nun gələcəyini müəyyən edən ən vacib şəxsdir... Beləliklə, bu, NATO-nun sağ qalıb-qala bilməməsi ilə bağlı aktual suallar doğurur".
Saylın fikrincə, ABŞ-da prezident hakimiyyətə gəlsə və NATO-dan çıxmaq qərarına gəlsə, o zaman Avropa ölkələri öz təhlükəsizliklərini təşkil etmək üçün yeni yollar axtarmağa başlayacaqlar. "Bu, ABŞ-sız köhnə alyansın mövcudluğu və ya tamamilə yeni təşkilatın yaradılması ola bilər" deyə o qeyd edib.
"Əvvəllər NATO-nu xasiyyətini pis olan yaşlı qadınla müqayisə edirdilər"- Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü kontekstində alyansı belə təsvir edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
