NATO ölkələri hərbi texnikalarının tükənməsi qarşısında atılacaq addımlar
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələrindəki silah anbarları artıq tükənir. Bununla bağlı, hərbi blok yeni silah və sursatların istehsalını artırmalıdır. Silah ehtiyatına görə ön sıralarda yer alan təşkilatın hərbi texnikalarının artıq tükənməsi təşkilata üzv olan digər ölkələrində narahatlığa səbəb olur. Hərbi sursatın bitməsinin əsas səbəbləri nələrdir və qarşısı necə alınacaq?
NATO ölkələrindəki silah-sursat getdikcə azalmağa başlayıb. Bunu artıq Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq verdiyi açıqlamalarla etiraf edir. Ən böyük silah ehtiyatlarına malik olan NATO-nun silahlarının birdən-birə tükənməsi bir qədər qəribə səslənsə də, doğruluq payı olduqca yüksəkdir. NATO-nun baş katibi bildirib ki, anbarlarda olan silahlar artıq boşalır.Bu isə təşkilatın ən çox narahatlıq duyduğu bir məsələdir. Çünkiəgər hər hansısa bir təhlükə yaranarsa, təşkilatın yardım etməyə heç bir gücü olmayacaq.
Hərbi ekspert Elxan Şıxıliyev hesab edir ki, Ukraynaya təminatı baxımından bu ölkələrə daxil olan silah anbarlarında döyüş dəstlərinin bitməsi əslində normal haldır:“Əslində bu, normal bir haldır. Yəni ortada 400-cü gününə yaxınlaşan bir müharibə var.Xüsusilə Ukraynanın dəstəklənməsi məqsədilə hər gün bu mərmilər və raketlər atılır. Bu, o deməkdir ki, anbarların ehtiyatları bu müharibə tempinə çoxda tab gətirə bilməz”.
Mütəxəssislər bildirirlər ki, silah-sursatın bitməsinin əsas və ən böyük səbəbi Rusiya-Ukrayna müharibəsidir. LakinStoltenberqin bu açıqlaması daha çox Ukrayna-Rusiya müharibəsinə deyil, NATO-nun Rusiya və Çinlə arasında yarana biləcək bir müharibəyə hesablanıb. ABŞ-ın Rusiya və Çin ilə birbaşa münaqişəsi halında yüksək dəqiqlikli silah ehtiyatları yalnız bir neçə günə, hətta bir neçə saata kifayət edə bilər. Bu, baş verəndən qısa müddət sonra ABŞ-ın digər vacib ehtiyatları da tükənə bilər. Digər tərəfdən, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Kiyevin öz silahının olmadığını və Ukraynanın səfərbərlik ehtiyatının artıq bitdiyini deyib. Bunun qarşısını almağın isə tək yolu hərbi blokun yeni silah və sursatların istehsalını artırmaqdır. Həmçinindaha güclü hərbi sənaye yaratmaq lazımdır. Bəs bunun qarşısını almaq üçün Nato hansı tədbirləri görəcək?
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, hərbi sənaye kompleksləri yenicə bağlanıb. Artıq həmin müəssisələrin fəaliyyətinin yenidən bərpası və silah-sursatın istehsalı ilə bağlı Nato ölkələri xərclərini çoxaldırlar. Hazırda bütün xərclər qarşıda qoyulan bələdiyyə silah-sursat istifadəsinə bağlıdır. Prinsip cəhətdən bu planlı şəkildə olur.
Ekspertlər bildirirlər ki, NATO ölkələri eyni zamanda müdafiə sənayesi üzrə ixtisaslaşmalıdırlar. Bununla bərabər özəl şirkətlərə də yeni sifarişlər verməlidirlər. Lakin bu yalnız böyük məbləğdə maliyyə hesabına baş tuta bilər.
