NATO Polşaya görə 4-cü maddəni tətbiq edib
NATO Polşadakı PUA insidentinə görə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Polşa hökumətinin sözçüsü Adam Şlapka deyib.
NATO müqaviləsinin 4-cü maddəsində deyilir:
“Razılığa gələn tərəflərdən hər hansı birinin fikrincə, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, bir-biri ilə məsləhətləşəcəklər".
Qeyd edək ki, bu gün Rusiya Polşaya 10-dan çox “Şahid” tipli kamikadze dronla hücum edib.