Nauseda Litva hökumətinin yeni tərkibini təsdiqləyib
Litva Prezidenti Gitanas Nauseda Baş nazir Mindauqas Sinkeviçyusun təklif etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Litva mediası Prezident administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
"İyulun 6-da Gitanas Nauseda Konstitusiyanı rəhbər tutaraq və Baş nazir Mindauqas Sinkeviçyusun təqdimatını nəzərə alaraq, XXI hökumətin tərkibini təsdiq edən fərman imzalayıb", - məlumatda bildirilib.
M.Sinkeviçyus hökumətinin proqramını Litva Seyminə təqdim etməlidir, bundan sonra deputatlar nazirlərin vəzifələrə təsdiq edilməsi üçün səs verəcəklər.
Hökumətin tərkibində səkkiz nazir dəyişəcək. Bu sırada daxili işlər naziri Martinas Katelinas, maliyyə naziri Taurimas Valis, energetika naziri Lukas Savitskas və s. olacaq.