Naxçıvanda 41 dərəcəyədək isti qeydə alınıb
Avqustun 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.