00:00:00
Yazar
Səadət Əlizadə
12.03.2026 10:06 16 2 dəq oxuma
Dünya

Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub

Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub

Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Türkiyə quru qoşunlarının dünən Naxçıvana səfəri və orada Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevlə görüş keçirməsi və burada təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir:


“Nəzərə alsaq ki, Azərbaycanla Türkiyə strateji tərəfdaşdırlar. Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərimiz mövcuddur və Şuşa Bəyannaməsinə görə ölkələrin hansına isə təhdid yarandıqda onlar bir-biriləri ilə məsləhətləşmələr aparıb atacaqları addımları koordinasiya edirlər. Türkiyə quru qoşunlarının Naxçıvana səfəri məhz Şuşa Bəyannaməsindən irəli gələn həm öhdəlik, həm də müttəfiqliyin nəticəsi kimi dəyərləndirilməlidir.
Naxçıvanda ortaq təlimin keçirilməsi hesab edirəm ki, bununla da Türkiyə və Azərbaycan regionda və bu regionda marağı olan dövlətlərə o mesajı verirlər ki, bizim müttəfiqliyimiz sarsılmazdır. Bu ölkələrdən birinə verilən hansısa təhdid digərinə də verilən sayılacaq. 


Əlavə olaraq politoloq bildirib ki, bir neçə gün öncə Naxçıvan hava limanı və məktəb İranın atdığı dronlarla hədəfə alınıb, bu da bölgədə vəziyyəti kifayət qədər kritik edir:


“Azərbaycanın sərt reaksiyası olub, eyni ilə Türkiyə də sərt reaksiya verib. Türkiyə prezidenti bildirib ki, Azərbaycana qarşı edilən hərəkətlər Türkiyəyə qarşı edilən hərəkətlər sayılacaq. Bu baxımdan bu təlimin keçirilməsi başa düşüləndir. Ortaq təlimin keçirilməsi, Türkiyə quru qoşunlarının Naxçıvana səfərə gəlməsi bununla bağlı marağı olan dövlətlərə mesaj kimi dəyərləndirilə bilər və Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas faktor olduğunu bir daha diqqətə çatdırmaq niyyəti güdülür. Hazırda Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda sülhün, əməkdaşlığın və sabitliyin təminatçısıdır deyə bilərik”.

 

Səadət Əlizadə

#hərbi #təlimlərin #müzakirə #türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər