00:00:00
Yazar
Admin User
17.09.2025 17:06 43 1 dəq oxuma
Dünya

Nazir Kurum Kahramanmaraşda zərərçəkən ailəni ziyarət edib

Nazir Kurum Kahramanmaraşda zərərçəkən ailəni ziyarət edib

Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Kahramanmaraşda zəlzələdən zərərçəkmiş Çıra ailəsini yeni evlərində ziyarət edib. O, çıxışında bildirib:


“Hər evdə sülh və xoşbəxtlik görənə qədər mübarizə aparacağıq. İnşallah, bütün Kahramanmaraş belə olacaq”.


Nazir şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, iş adamlarının müraciətlərini dinləyib. Dulkadiroğlu rayonunun Divanlı məhəlləsində tikilən fəlakət evlərinə baxış keçirən Kurum, vətəndaşlarla görüşüb və nümunə mənzillərə baş çəkib.


Murat Kurum daha sonra Qapalı Çarşıya və TOKİ tərəfindən tikilən iş yerlərinə də baxış keçirib. Ziyarət zamanı 73 yaşlı Ahmet Remzi Büyükciğer nazirə evinin açarlarını aldığı üçün təşəkkür edib.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər