Nebenzya BMT Təhlükəsizlik Şurasını İsrailə qarşı sanksiyaları razılaşdırmağa çağırıb
"BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailə qarşı sanksiyaları razılaşdırmalıdır".
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.
O qeyd edib ki, İsrail Qəzzada eskalasiya başlayandan bəri Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və beynəlxalq humanitar hüquqa əməl etmir, ehtiyacı olanların humanitar yardıma maneəsiz çıxışını təmin etmir. Nebenzya əlavə edib ki, humanitar apokalipsisin qarşısını almaq və Qəzza zolağında aclığın qarşısını almaq üçün əsl atəşkəsə keçməliyik.
“Bu baxımdan, biz hesab edirik ki, Şura Təhlükəsizlik Şurasının qərarlarına və BMT Nizamnaməsinə belə açıq-aşkar hörmətsizlik etdiyi üçün Qərbi Qüdsə qarşı görüləcək tədbirləri razılaşdırmalıdır. Bu cür tədbirlər, məsələn, silah embarqosu və digər sanksiyaları əhatə edə bilər”, - deyə o bildirib.
Bundan əvvəl Rusiya BMT-də İsrailin Suriyaya reydlərini pisləyib. Nebenzya qeyd edib ki, münaqişəni daha da qızışdırmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
