00:00:00
Yazar
Aysel Mirzəyeva
10.04.2026 17:31 65 1 dəq oxuma
İqtisadiyyat

Neft qiymətləri yenidən yüksələcək?

Neft qiymətləri yenidən yüksələcək?

Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi Amerika Birləşmiş Ştatlarının atəşkəs öhdəliklərini yerinə yetirməsindən asılıdır. Bunu İranın Xarici İşlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, bu strateji su yolunda təhlükəsizliyin pozulması dünya neft tədarük zəncirinə birbaşa təsir göstərərək qiymətlərdə kəskin dalğalanmalara səbəb ola bilər:

 

“Xüsusilə, risklərin artması “risk premiumun” yüksəlməsi ilə nəticələnir və bu da beynəlxalq bazarlarda neftin bahalaşmasını sürətləndirir. Belə bir vəziyyətin davam etməsi Avropa və Asiya ölkələrində enerji xərclərini artıraraq inflyasiya təzyiqlərini gücləndirə bilər. İdxaldan yüksək asılılığı olan iqtisadiyyatlar üçün bu, istehsal və nəqliyyat sektorlarında əlavə qiymət artımları deməkdir. Qlobal neft bazarının əsas tənzimləyici aktorlarından biri olan OPEC daxilində isə belə situasiyalar adətən hasilat siyasətinin daha həssas və balanslı şəkildə idarə olunmasına səbəb olur. Eyni zamanda, böyük istehlakçı ölkələr və istehsalçılar arasında enerji təhlükəsizliyi ilə bağlı müzakirələr daha da intensivləşir. Hörmüz boğazı ətrafında yaranan istənilən siyasi və ya hərbi gərginlik yalnız regional deyil, qlobal iqtisadi sabitliyə təsir edən sistem xarakterli risk kimi qiymətləndirilir”.

 

Nuray Əliyeva

#yenidən #xəbər #qiymətləri #gündəm #yüksələcək?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər