00:00:00
Yazar
Admin User
08.09.2025 17:01 75 1 dəq oxuma
Dünya

Nepal DİN başçısı etirazlarda insan ölümlərinə görə istefa verib

Nepal DİN başçısı etirazlarda insan ölümlərinə görə istefa verib

Nepalın daxili işlər naziri Rame Lekhak ölkədə baş verən kütləvi etirazlar zamanı insanların ölümünə görə istefa verib.


"İnformator.az" "Kathmandu Post"a istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclası zamanı ərizəsini ölkənin Baş nazirinə verib.


İclasda iştirak edən nazirin sözlərinə görə, Lekhak məsələnin mənəvi səbəblərinə görə istefa verib.


Xatırladaq ki, hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq "Z" nəslinin nümayəndələri küçələrə axışıb. Etirazlar zamanı Katmanduda 17, İtaharidə 2 nəfər ölüb, 400-ə yaxın insan yaralanıb.


Qeyd edək ki, daha əvvəl Nepal Konqresinin baş katibləri partiya rəhbərliyinin iclasında Lekhakın istefasını tələb etmişdilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər