00:00:00
Yazar
Admin User
09.09.2025 17:31 99 1 dəq oxuma
Dünya

Nepal-Hindistan sərhədində də etirazlar başlayıb

Nepal-Hindistan sərhədində də etirazlar başlayıb

Nepalın Hindistanla sərhədində də etirazlar başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “İndia Today” məlumat yayıb.

 

Etirazçıların polis postunu yandırdığı bildirilib. Keçid məntəqəsi bağlanıb.

 

Qeyd edək ki, ötən həftənin sonunda Nepal hakimiyyətinin ölkədə sosial şəbəkələrə məhdudiyyətlər qoyması səbəbindən gənclərin kütləvi etirazları başlayıb. Daha sonra hökumət sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırsa da, etirazlar dayanmayıb və iğtişaşlara çevrilib. Son məlumatlara görə, iğtişaşlar nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

 

Nepal Prezidenti Ram Çandra Paudel, ondan əvvəl isə Baş nazir Kxadha Prasad Şarma Oli istefa verib. Hərbçilər onları paytaxt Katmandudan təxliyə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər