00:00:00
Yazar
Admin User
09.09.2025 13:44 92 1 dəq oxuma
Dünya

Nepal ordusunun komandanı etirazçılara müraciət edəcək

Nepal ordusunun komandanı etirazçılara müraciət edəcək

Nepal ordusunun komandanı general Aşok Rac Siqdel tezliklə etirazçılara və ölkə vətəndaşlarına müraciət edəcək.


"İnformator.az" xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.


Nepal ordusu vəziyyəti izlədiyini bildirib və etirazçıları sabitliyi təmin etməyə çağırıb.


"Nepal ordusu xalqın maraqlarını və təhlükəsizliyini qorumağa sadiqdir", - bəyanatda deyilir.


KİV-in məlumatına görə, ölkəboyu davam edən iğtişaşlar fonunda etirazçıların Dhanqadidə həbsxanaya hücum etməsi nəticəsində yüzlərlə məhbus qaçıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər