00:00:00
Yazar
Admin User
08.09.2025 16:12 74 1 dəq oxuma
Dünya

Nepalda etirazlar zamanı ölənlərin sayı 19-a çatıb

Nepalda etirazlar zamanı ölənlərin sayı 19-a çatıb

Nepalda nümayişlər zamanı ölənlərin sayı 19 nəfərə çatıb, 347 nəfər yaralanıb.


"İnformator.az" "Nepal News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.


Daha əvvəl 14 nəfərin öldüyü bildirilib.


Qeyd edək ki, nümayişlər bazar ertəsi Katmanduda başlayıb, onminlərlə etirazçı parlament binasını mühasirəyə alıb. Onlar hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq küçələrə çıxıblar.


Etirazçılar tikanlı məftillərin üzərindən aşaraq polisi parlament kompleksinə çəkilməyə məcbur ediblər. Az sonra polis atəş açıb.


Hökumət bəzi şəhərlərdə komendant saatı elan edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər