Nepalın baş naziri korrupsiya etirazları fonunda istefa verib
Nepalın baş naziri KP Şarma Oli “nepo uşaqları” ilə bağlı artan antikorrupsiya etirazları səbəbindən istefa verib.
Etirazçılar keçmiş baş nazirin evini yandırıb, üç nazir isə istefa verib. Hadisələr hökumətin Facebook və YouTube da daxil olmaqla 26 platformadakı sosial media qadağasını ləğv etməsindən bir gün sonra baş verib.
Qadağa onlayn antikorrupsiya kampaniyasını boğmaq məqsədi daşıyırdı, lakin etirazlar nəticəsində polis toqquşmaları yaşanıb və azı 19 nəfər həyatını itirib.
BBC
Türkan Kərimli